Azərbaycanlı yazıçılardan ən bahalı maşını kim sürür?

Bir neçə gün öncə saytlarda müğənnilərin sürdükləri maşınların markaları və qiymətləri ilə bağlı məlumat yayılmışdı. Bəs yazıçı və şairlərimiz hansı markalı maşınları sürürlər? "Yeniavaz.com" saytı bununla bağlı qələm əhli arasında sorğu keçirib.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, 525-ci qəzetin baş redaktoru, şair Rəşad Məcid: "Şəxsi avtomobilim yoxdur! AYB-dən "Nissan altima" markali xidməti avtomobilim var, 2014-cü il istehsalıdır".

Yazıçı Varis Yolçuyev: "Dodje (USA)" markalı maşın sürürəm, 2012-ci il istehsalıdır".

Yazıçı Şərif Ağayar: "Sürmürəm, maşınımı bağışlamışam".

Yazıçı Kənan Hacı: "İndiyə kimi 3 maşınım olub. İkisi "Jiquli" idi, sonuncu "Mersedes" olub. Onu da bu yaxınlarda satası oldum. Hal-hazırda maşınsızam".

Şair Zahir Əzəmət: "Məndə maşın çoxdur, şükür ki... Hər gün dəyişirəm. Şükür, Bakıda indi taksi firmaları çoxalıb, bir-birindən gözəl markalar və avtomobillər".

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top