Messi evləndi

“Barselona” və Argentina yığmasının hücumçusu Lionel Messi çoxdankı rəfiqəsi, 9 yaşından tanıdığı Antonella Rokutsso ilə evlənib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, nikah mərasimi futbolçunun doğma şəhəri Rosarioda baş tutub. Toya 260 qonaq dəvət olunub. L. Messinin toyuna görə şəhərdə əlavə təhlükəsizlik tədbirləri çərçivəsində hüquq-mühafizə orqanlarının 300-dən çox əməkdaşı cəlb olunub. Toyun gedişini 60 ölkədən 150 jurnalist izləyib. Qeyd edək ki, cütlük 10 ildən artıqdır münasibətdədir və 2 uşağı tərbiyə edir.

DİGƏR XƏBƏRLƏR

Top