Ərdoğan Tramp və Putinə zəng edib

ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Fars körfəzi ölkələrinin Qətərlə münaqişəsinin nizamlanması yolları daxil olmaqla, bir sıra məsələləri müzakirə edib.

“Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ evin məlumatında deyilir. Bildirilir ki, əsas şərt terrorçuluğun maliyyələşdirilməsinin dayandırılması sahəsində bütün ölkələrin işləməsi və ekstremist ideologiyası ilə mübarizədir: “Prezident Tramp terrorçuluq və ekstremizin bütün təzahürləri ilə mübarizədə səylərini möhkəmləndirən ABŞ-ın bütün müttəfiq və tərəfdaşlarının vacibliyini qeyd edib”.

Bu gün, həmçinin R. T. Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Telefon danışığı zamanı tərəflər Astanadakı danışıqları nəzərə almaqla Suriyada böhranın nizamlanmasının əsas aspektlərini müzakirə ediblər. Kremldən bildiriblər ki, hər iki president yaxın perspektivdə növbəti təmaslar saxlanması barədə razılığa gəlib.

DİGƏR XƏBƏRLƏR

Top