Hindistan və Çin arasında ərazi münaqişəsi baş verə bilər

Hindistan hesab edir ki, Sikkima rayonunda yol tikintisinə başlayan Çin tərəfi status-kvonu pozur və bu da Hindistanın təhlükəsizəliyinə təhdid törədir. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Hindistan Çinun bu yaxınlardakı hərəkətlərindən dərin narahatlıq keçirir: “Çin hökumətinə məlumat verilib ki, bu cür tikinti Hindistanın təhlükəsizliyi üçün ciddi fəsadları olan status-kvonun əhəmiyyətli dərəcədə dəyişməsi anlamına gələ bilər”. Çin Xarici İşləri Nazirliyi daha əvvəl Hindistan hərbçilərini Çin ərazisinə soxulmaqda ittiham etmişdi: “Hindistan hərbçiləri Butan, Sikkim ştatları ilə Çinin Tibet muxtar rayonunun sərhədlərinin kəşisməsindəki əraziyə soxularaq tikinti işlərinə mane olublar”. Çinin Xarici İşlər Nazirliyi dialoqun bərpa edilməsi üçün Yeni Dehlidən hindli qoşun bölmələrini həmin ərazidən çıxartmağı tələb etmişdi.

Xatırladaq ki, 1962-ci ildə Çin və Hindistan arasında silahlı sərhədyanı münaqişə baş verib. Pekin Hindistanın Arunaçal-Pradeş sərhədyanı ştatının 3,5 min kvadratkilometr ərazisinə iddia edir. Yeni Dehli isə hesab edir ki, Çin Hindistanın Cammu və Kəşmir ştatlarının 43 min kvadratkilometdən çox ərazisini qanunsuz işğal edib.

DİGƏR XƏBƏRLƏR

Top