Türkiyənin zəifləməsi Ermənistan üçün təhlükədir

Türkiyə daxili partlayış təhlükəsi qarşısında durur, lakin bu Ermənistanın maraqlarına cavab vermir və onların sevinci üçün əsas ola bilməz.

"Yeniavaz.com"un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə jurnalistlərlə görüşündə “Qarabağ” komitəsinin keçmiş üzvü Aşot Manuçaryan deyib.

Onun sözlərinə görə, əgər Türkiyədə partlayış baş versə, onda Qafqaz bölgəsi, o cümlədən ilk növbədə Ermənistan zərbə altında qalacaq: "Unutmaq lazım deyil ki, Türkiyədə yüz min nəfər erməni yaşayır. Onların arasında öz dinini və milli mənsubiyyətini gizlədən ermənilərin də sayı kifayət qədər çoxdur. Ona görə də biz indidən vəziyyətdən çıxış yolları tapmaq barədə düşünməliyik".

DİGƏR XƏBƏRLƏR

Top