İsrail yenidən Suriya qoşunlarına zərbə endirdi

İsrail aviasiyası Suriya qoşunlarının mövqelərinə hücum edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu İsrailin nəzarət etdiyi Colan hündürlüklərinə düşən mərmiyə cavab olub. Bunadək verilən məlumata görə, Suriyadan buraxılan mərmi Colan hündürlüklərinin şimal hissəsində partlayıb, xəsarət alanlar barədə məlumat daxil olmayıb. İsraillilər etiraf ediblər ki, Suriya tərəfindən atəşətutma təsadüfən baş verib. Lakin Təl-Əvivdə qeyd ediblər ki, Suriya ordusunun hərəkətini öz suverenliklərinə qəbuledilməz müdaxilə kimi qiymətləndirirlər. İsrail ordusuna məxsus helikopter Suriya qoşunlarının iki mövqeyinə zərbə endirib. Qeyd edək ki, bu zərbə mübadilələri son vaxtlarda 4-cü dəfədir qeydə alınır. Belə zərbələrin birində Suriyanın 2 hərbçisi həlak olmuş, daha 25-i isə yaralanmışdı. Suriya və İsrail arasında sərhədin uzunluğu təqribən 80 kilometrdir.

DİGƏR XƏBƏRLƏR

Top