Gürcüstan DİN Vladimir Mamontova qarşı cinayət işi qaldırmaqdan imtina edib

Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bəyan edir ki, "Danışır Moskva" radiostansiyanın baş redaktoru Vladimir Mamontovu cinayət məsuliyyətinə cəlb edə bilmirlər. "Yeniavaz.com"un nevvsgeorgıa.ge-yə istinadən verdiyi məlumata görə, buna səbəb Mamontova münasibətdə işğal olunmuş ərazilər haqqında qanunda olan boşluqlardır.

İdarədən bildiriblər ki, Mamontovun Abxaziyaya sonuncu səfəri 2009-ci ildə baş verib. Həmin vaxt Gürcüstan polisi faktla bağlı onun cinayət məsuliyyəti barədə məsələ qaldırmayıb: "İşğal olunmuş ərazilər haqqında qanunda o ərazilərə səfər edən şəxsin Gürcüstana buraxılmaması nəzərdə tutulmayıb. Qanuna görə əgər hər hansı şəxs işğal edilmiş ərazilərə səfər edərsə, ona qarşı cinayət işi başladılmalıdır. Cəzanın nədən ibarət olacağı isə məhkəmənin çıxardığı hökmdən asılıdır. 2009-cu ildə işğal edilmiş ərazilərə səfər edən Mamontova qarşı cinayət işi açılmayıb. Bundan əlavə onun pasportunda da Abxaziyaya daxil olması barədə ştamp yoxdur. Ona görə də sərhədçilərin əlində onun Gürcüstana buraxılmaması barədə əsas yox idi".

DİGƏR XƏBƏRLƏR

Top