Erməni diasporu Qarabağ hərbçiləri üçün pul yığır

Dünya erməni diasporu Qarabağda xidmət edən erməni hərbçilər üçün maliyyə yardımları toplayır. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə iyunun 30-də Ermənistan parlamentində jurnalistlərlə söhbətində Ermənistan Diaspora naziri Qranuş Akopyan bildirib. "Latın Amerikasında belə uşaqlar ordumuza yardım üçün konfet kağızları toplayaraq onun xeyriyyə məqsədi ilə satışını həyata keçiriblər. Mən o uşaqların vətənpərvərliyini yüksək qiymətləndirirəm. Onların yığdıqları konfet kağızlarını muzeyə qoyduracağam. Çünki bu Qarabağda döyüşən ordumuza edilən yardımların ən yüksək nimunəsidir". Akopyan hərbçilərə yardım kampaniyasının ABŞ və Kanada da yüksək səviyyədə davam etdiyini də vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top