Volqoqrad məhkəməsindən Axeyana ağır cəza

Volqoqrad məhkəməsi Armani Axeyanı 14,5 il müddətinə azadlıqdan məhrum edib. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, Armani Axeyan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Rusiya regional idarəsi İstintaq komitəsinin məlumatına görə, Axeyan seksual xarakterli zorakılıq hərəkətləri, qətl törətməkdə təqsirli bilinir: "İstintaq zamanı müəyyən edilib ki, Armani Axeyan 2015-ci ilin dekabr ayından 2016-ci ilin aprel ayına qədər evlərin həyətində yerli sakinlərin üzərinə hücumlar edərək onlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə baş vurub edib. Cinayətkarın qurbanları arasında16-27 yaş arası 9 gənc qadın var".

Qeyd edək ki, Axeyan 2004-2005-ci illərdə zorlama, soyğunçuluq və quldurluq əməllərinə görə həbs edilib və 2015-ci ilin sentyabrında azadlığa çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top