Almaniya xarici siyasətçilərə qadağa qoydu

Almaniya hökuməti xarici siyasətçilərə Almaniyada seçkiqabağı təşviqat aparmağı qadağan etməyə qərar verib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Martin Şefer deyib. Onun sözlərinə görə, Almaniya XİN Berlində akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərə müvafiq notanı göndərib. M. Şefer qeyd edib ki, qadağa Avropa İttifaqına daxil olmayan ölkələrin siyasətçilərinə şamil edilir: “Çıxışlar ölkədə səsvermənin keçirilməsinə 3 aydan az vaxt qalarsa, qadağan edilir”. O əlavə edib ki, xarici siyasətçilərin Almaniyada çıxış etmələri üçün bundan sonra hökumətdən icazə almaq lazımdır: “Çıxış etmək istəyən Almaniya XİN-ə müvafiq sorğu göndərməlidir və biz onu hökumət səviyyəsində müzakirə edəcəyik. Sorğu seçkinin keçirilmə tarixinə 3 ay müddət qalmış daxil olmalıdır. Bu tənzimləmə Aİ üzrə tərəfdaşlarımıza aid deyil”.

DİGƏR XƏBƏRLƏR

Top