Alpinist qızı avtomobillə vuraraq öldürən şəxs tutulub

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın ölümü ilə bağlı birgə məlumat yayıb. Məlumatda bildirilib ki, iyunun 28-də saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ 90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Fakta görə Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.Report

DİGƏR XƏBƏRLƏR

Top