“Mercedes” avtomobillərini geri qaytarır

“Mercedes” avtomobil konserninin Rusiya nümayəndəliyi 3,4 min ədəd “Mercedes-Benz G” və “Mercedes-Benz C” Class avtomobilini geri çağırır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, buna səbəb həmin avtomobillərin sükan valında nöqsan tapılmasıdır. 2012-ci ildən bu günədək satılmış “Mercedes-Benz G” avtomobilləri, habelə 2013-2014-cü illər ərzində satılmış “Mercedes-Benz C” Class (204) avtomobillər geri qaytarılacaq. Geri çağırılmış avtomobillərin təmir işləri ödənişsiz əsasda aparılacaq.

DİGƏR XƏBƏRLƏR

Top