Poroşenko Krımın statusunu dəyişdirməyi tapşırıb

Ukrayna Prezidenti Petro Poroşenko Konstitusiya komissiyasına Krımın statusu ilə bağlı dəyişikliklər layihəsini hazırlamağı tapşırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Ukrayna Ali Radasının deputatı Yuri Çijmar deyib. O bildirib: “Biz başa düşdük ki, hazırda Krım Muxtar Respublikası unitar ölkənin tərkibində daha mövcud ola bilməz”. O qeyd edib ki, komissiya Konstitusiyanın məhz 10-cu bölməsi üzərində fəal işləyir, həmin bölmədə “Krım Muxtar Respublikası”nın statusu barədə məlumat verilir. Xatırladaq ki, Rusiya 2014-cü ilin martında Krımı özünə ilhaq edib.

DİGƏR XƏBƏRLƏR

Top