DİN rəsmisi: "Oğurlanan adam polisə şikayət etsin araşdırarıq" VİDEO

Bu gün sosial şəbəkələrdə Bakı şəhərində, gündüz saatlarında, insanların gözü qarşısında qadının qaçırılmasını əks etdirən video yayılıb.

“Yeniavaz.com” xəbər verir ki, sosial şəbəkələrdə yayılan bu videoda bir kişinin zorla qadını ağ rəngli “Vaz 2115” markalı maşına mindirdiyi görünür. Qadının çığırtısına baxmayaraq ona kömək edən olmur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla əlaqə saxladıq. DİN sözcüsü “Yeniavaz.com”a açıqlamasında bildirdi ki, kimi zorla maşına mindirməyə çalışırlarsa, o polisə müraciət etsin, polis tədbir görər.

VİDEO

video

DİGƏR XƏBƏRLƏR

Top