Rusiya Abxaziya ilə birgə iri hərbi təlimlərə hazırlaşır

Rusiya silahlı qüvvələri və qondarma Abxaziya yaxın vaxtlarda irimiqyaslı hərbi təlimlər keçirməyi planlaşdırır. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bu barədə Abxaziya "müdafiə nazirliyi" mətbuat xidmətinin yaydığı məlumatda deyilir. Təlimlərdən məqsədin Abxaziyaya gözlənilən hücumun qarşısının alınması olduğu qeyd edilir.

Öz növbəsində Rusiyanın Abxaziyadakı 7-ci hərbi bazasının mətbuat xidməti də bu məlumatı təsdiq edib: "Yaxın vaxtlarda Abxaziyaya gözlənilə bilən mümkün təcavüzü dəf etmək məqsədi ilə cənub-qərb istiqamətində ilə irimiqyaslı birgə hərbi təlimlər keçirılicək. İki ölkə arasında əvvəllər imzalanan hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq hərbi təlimlər zamanı şərti düşmənin müxtəlif istiqamətlərdən, o cümlədən dənizdən, qurudan, havadan, istənilən hava şəratində, gecə və gündüz ehtimal edilən hücumun qarşısının alınması taktikası sınaqdan çıxarılacaq. Ümumilikdə, bu il yüzdən çox təlim və məşqlərin keçirilməsi planlaşdırılıb".

Xatıraldaq ki, 2015-ci ildə Rusiya ilə onun işğalı altında olan qondarma Abxaziya respublikası arasında birgə hərbi birləşmələrin yaradılması barədə anlaşma imzalanıb. Bu anlaşma ötən ilin noyabr ayında Rusiya tərəfindən ratifikasiya olunub.

DİGƏR XƏBƏRLƏR

Top