
Dağlıq Qarabağ münaqişəsinin həllində artıq hansısa dövlətə ümid etməyə dəyməz. "Yeniavaz.com"un nevs.am-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya silahının Azərbaycana satılması barədə suala cavabında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib. O qeyd edib ki, təhlükəsizliyinin təminatı məsələsində Ermənistan ilk növbədə özünə ümid etməlidir: "Hadisələrin gedişi göstərir ki, təhlükəsizliyin təmini məsələsində başqasına ümid etməyin vaxtı keçib. Bu məsələdə başqasına həddindən artıq ümid etməklə düzgün istiqamət seçmək və çox da uzağa getmək mümkün deyil".
Bununla belə Koçaryan Rusiyaya arxa çevirməyində xoşagəlməz hadisələrə yol aça biləcəyinə diqqəti cəlb edib: "Rusiya bizim müttəfiqimizdir və biz onunla münasibətlərə böyük əhəmiyyət veririk. Amma ölkəmiz üçün taleyüklü məsələlərdə Rusiyaya həddindən artıq ümid bəsləməyin artıq qəti şəkildə əleyhinəyəm".
Tətbiqimizi yükləyə bilərsiniz