Almaniyada türk vətəndaşı casusluğa görə həbs edildi

Almaniyada adı açıqlanmayan türk vətəndaşı casusluq iddiası ilə həbs edilib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onun Almaniyada yaşayan kürtlərin yerləri, əlaqələri və siyasi fəaliyyətləri barədə məlumatları Türkiyə kəşfiyyatına ötürdüyü iddia edilir. Hamburqda saxlanılan 31 yaşlı türk vətəndaşı məhkəmə qarşısına çıxarıldıqdan sonra haqqında həbs hökmü çıxarılıb. Qeyd edək ki, 2014-cü ildə Almaniyada 3 türk vətəndaşı kürtlərlə bağlı məlumatları Türkiyə kəşfiyyatına ötürdüklərinə görə tutulmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top