Dünya üzrə borc ən yüksək səviyyəyə çatıb

İnkişaf etməkdə olan ölkələrin 3 trilyon dollar məbləğində borclanması sayəsində dünya üzrə qlobal borc səviyyəsi 217 trilyon dollara çataraq rekord müəyyənləşdirib. “Yeniavaz.com”un “Dünya” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında deyilir. Ötən il inkişaf etmiş iqtisadiyyatlarda dövlət və özəl sektorun borcu ümumilikdə 2 trilyon dollar azaldığı halda, inkişaf etməkdə olan iqtisadiyyatlarda borc 3 trilyon dollar artaraq 56 trilyon dollara çatıb. IIF-in hesabatına əsasən, inkişaf etməkdə olan iqtisadiyyatlar 2018-ci ilin sonunaək 1,9 trilyon dollar borc ödəyəcəklər. Ən çox borcu Çin, Rusiya, Cənubi Koreya və Türkiyə ödəcək.

DİGƏR XƏBƏRLƏR

Top