Ukraynalı kəşfiyyatçıların olduğu daha bir avtomobil partladıldı

Donetsk vilayətində Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşlarının olduğu avtomobil minaya düşərək partlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu UTX-nin mətbuat katibi Yelena Qitlyanskaya deyib. Onun sözlərinə görə, partlayış nəticəsində UTX-nin bir əməkdaşı həlak olub, daha dördü isə yaralanıb. Y. Qitlyanskaya qeyd edib ki, hücum terror aktı kimi təsnif edilib. O diqqətə çatdırıb ki, xəsarət alanlar arasında Əks kəşfiyyat departamentinin əməkdaşı da var. Xatırladaq ki, ötən gün Kiyevdə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin əməkdaşı polkovnik Maksim Şapovalın olduğu avtomobil partladılmışdı. M. Şapovalın ölməsi ilə nəticələnən partlayış da terror aktı hesab edilib.

DİGƏR XƏBƏRLƏR

Top