Avropada mobil telefonla ən çoxən az danışan ölkələr

Türkiyənin bu ilin üçüncü rübündə bir abunəçinin mobil telefondan istifadə etməsi üzrə orta aylıq göstəricisi 436 dəqiqə təşkil edib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Avropada orta hesabla bu göstərici 257 dəqiqə təşkil edir. Bununla da Türkiyə Avropada mobil telefonla danışıq üzrə liderliyini qoruyub. 2015-cü ilin III rübündə Türkiyədə orta hesabla aylıq mobil telefon danışığı 404 dəqiqə təşkil edirdisə, cari ilin analoji dövründə bu rəqəm 8 faiz artaraq 436 dəqiqəyə çatıb. Bu göstərici üzrə Türkiyə ən yaxın izləyiciləri olan Fransa, İsveç və Norveçi xeyli qabaqlayıb. Avropada mobil telefonla ən az danışan ölkə Almaniyadır. Burada bir abunəçi ayda orta hesabla 156 dəqiqə danışır.

DİGƏR XƏBƏRLƏR

Top