İran İsrailin Qarabağ münaqişəsinin həllində iştirakının əleyhinədir

İsrailin Dağlıq Qarabağ münaqişəsinin həllində iştirakı mənfi nəticələrə gətirib çıxaracaq. “Yeniavaz.com”un nevvs.am-a istinadən verdiyi məlumata görə,bu barədə İran parlamentinin spikeri Əli Laricani Ermənistan Milli Məclisinin spikeri Ara Babloyanla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında problem xarici müdaxilə olmadan həll olunmalıdır.

Qeyd edək ki, İsrail Azərbaycana silah satan əsas ölkələrdən biri sayılır. Ötən ilin dekabrında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, İsrail və Azərbaycan arasinda ötən müddət ərzində hərbi sənaye sahəsində əməkdaşlıq çərçivəsindəi təxminən 5 milyard dollarlıq müqavilə imzalanıb. İsrail ekspertlərinin qiymətləndirməsinə görə, bu rəqəm çox yüksəkdir.

DİGƏR XƏBƏRLƏR

Top