“Qazprom” Türkiyə bazarında yeni əməkdaşlıq modeli axtarışındadır

“Qazprom” Türkiyə qaz istehlakçıları ilə əməkdaşlığın müxtəlif variantlarını nəzərdən keçirir və işini bu ölkədə dəyişən konyukturuya görə uyğunlaşdıracaq. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın “Qazprom” şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov deyib. O bildirib: “Biz Türkiyənin enerji bazarının inkişaf tendensiyalarını diqqətlə izləyirik və türkiyəli istehlakçılarla əməkdaşlığın ən müxtəlif variantlarını nəzərdən keçiririk. Uzunmüddətli perspektiv üzrə konkret iş modeli bu ölkənin enerji bazarının dəyişən vəziyyətinə görə uyğunlaşdırılacaq”. S. Kupriyanov diqqətə çatdırıb ki, “Qazprom”un ixrac həcmləri üzrə ikinci olan Türkiyənin qaz bazarı şirkət üçün çox böyük əhəmiyyətə malikdir: “Hesab edirik ki, gələcəkdə regionda Türkiyənin iri enerji oyunçusu kimi rolu artacaq. Bununla əlaqədar biz hazırda “Türk axını” yeni iri infrastruktur layihəsini inkişaf etdiririk. Layihə ölkəyə iri qaz həcmlərini gətirəcək”.

DİGƏR XƏBƏRLƏR

Top