Venesuelada helikopter qaçırılaraq DİN və məhkəmə binaları atəşə tutuldu

Venesuelanın paytaxtı Karakasda Daxili İşlər Nazirliyi (DİN) və Ali Məhkəmənin binalarına hücum etmək üçün istifadə olunmuş helikopterı ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) ilə əlaqədə olmaqda şübhəli bilinən polis qaçırıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Venesuelanın rabitə və kommunikasiyalar naziri Ernesto Vilyeqas deyib. Nazirin sözlərinə görə, helikopter Karakasda yerləşən “La-Karlota” hərbi bazasından bir qrup xüsusi xidmət orqan əməkdaşı tərəfindən qaçırılıb. O qeyd edib ki, helikopterin oğurlanmasını MKİ və ABŞ-ın Venesueladakı səfirliyi ilə işbirliyində şübhəli bilindiyinə görə istintaqa cəlb edilmiş polis müfəttişi Oskar Peres təşkil edib: “Peres keçmiş daxili işlər naziri (Migel Rodriges) ilə əlaqədə olub. Keçmiş nazirin MKİ ilə təmasları təsdiqlənib”.

E. Vilyeqas əlavə edib ki, açıq terrasında təqribən 80 nəfərin olduğu DİN-in binasına helikopterdən 15 atəş açılıb: “Bundan sonra o, Ali Məhkəmənin binasına doğru hərəkət edərək onu da atəşə tutub. Binaya İsraildə hazırlanmış və Kolumbiyadan gətirilmiş ən azı 4 qranat atılıb”. O diqqətə çatdırıb ki, Venesuala hakimiyyəti bu hücumların xarici hökumətlərin dəstəyi ilə həyata keçirən sağ dairələrdən olan ekstremistlərin pozucu addımları ilə bağlı olduğunu hesab edir.

DİGƏR XƏBƏRLƏR

Top