Mingəçevirdə 700 idarədən 17-si dezinfeksiya stansiyası ilə müqavilə bağlayıb

Mingəçevirdə 700 idarədən 17-si dezinfeksiya stansiyası ilə müqavilə bağlayıb. “Yeniavaz.com” bildirir ki, Mingəçevirdə ağcaqanadlara, gəmiricilərə və digər ziyanverici həşaratlara qarşı dezinfeksiya işləri aparılır. Bu günlərdə yalnız şəhərin bir neçə yaşayış binalarında Mənzil və Abadlaşdırma idarəsi tərəfindən dərmanlama işləri aparılıb. Dezinfeksiya işlərinin aparılmasında məqsəd ərazidə hər hansı xəstəliklərin yayılmasının qarşısını almaqdır. Lakin bu yalnız dərmanlama işinə şəhərdə fəlaiyyət göstərən irili xırdalı 700 idarədən cəmisi 17 idarə ilə dezinfeksiya idarəsi müqavilə bağlaya bilib. İdarənin şöbə müdiri Zahid Məmmədov bildirir ki, dərmanlama işləri şəhərdə kütləvi aparılmalıdır: “Təsərrüfat hesablı idarə olduğumuza görə hələlik 17 idarə ilə müqaviləmiz var. Amma şəhərdə dərmanlama işləri kütləvi aparılamlıdır. Biz şəhərin bir hissəsini dərmanlayırıq ziyanvericilər, həşaratlar, gəmiricilər həmin ərazilərdən qaçaraq digər tərəflərə üz tuturlar. Ona görə də hər bir idarə müəssisənin dərmanlama işləri üçün bizimlə müqaviləsi olmalıdır”.

Qeyd edək ki, şəhərdə hələki 21 binada ziyanvericilərə qarşı dərmanlama işləri aparılıb. İdarədən verilən məlumata görəşəhərin idarə, müəssisələrin müqaviləsi olmadığına görə dezinfeksiya işlərinin aparılması işləri də ləngiyir.

Esmira Hidayətova, Mingəçevir.

DİGƏR XƏBƏRLƏR

Top