Erməni biznesmen özünə qəsd edib

Rusiya hüquq-mühafizə orqanları iş adami Vaçik Abqaryanın ölüm səbəblərini açmağa çalışırlar. “Yeniavaz.com”un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə Rusıya hüquq-mühafızə orqanlarından bildirilib. Bu arada isə Rusiya mətbuatı bildirib ki, Abqaryan özünə atəş açaraq öldürüb. Xatirladaq ki, iyunun 27-də səhər saatlarında Moskvada Vereyski küşəsindəki öz ofisi yaxınlığında 57 yaşlı biznesmen Vaçik Abqaryan güllələnib. Güllə Kap-stroy şirkətinin başçısının sinəsinə dəyib. O təcili olaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.

Əvvvəlcə erməni iş adamının bir neçə nəfər tərəfindən öldürüldüyü barədə məlumat yayılıb. Lakin sonra TASS agentliyi bu məlumatı təkzib edərək iş adamının özünü öldürdüyü barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top