Rusiya, İran və Türkiyə Moskvada Suriyanı müzakirə edəcək

Suriya üzrə Rusiya, İran və Türkiyənin xarici işlər nazirlərinin görüşü dekabrın 20-də Moskvada keçiriləcək. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Daha əvvəl görüş dekabrın 27-nə təyin edilmişdi. XİN-dən bildiriblər ki, görüşün vaxtının dəyişməsi Suriyada, xüsusilə də Hələbdə vəziyyət nəzərə alınmaqla qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top