
Avropa Komissiyası ABŞ-ın “Google” şirkətini 2,4 milyard avro (2,68 milyard dollar) həcmində rekord məbləğə cərimələyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sənədində deyilir. Sənəddə qeyd edilir ki, şirkət internetdə axtarış sistemində hökmran vəziyyətindən sui-istifadə edərək Avropa İttifaqının antiinhisar qanunvericiliyini pozduğuna görə cəriməyə məruz qalıb: “Şirkət axtarış sistemi qismində bazardakı dominantlığından sui-istifadə edərək “Google”un digər məhsulunun qanunsuz üstünlük əldə etməsinə şərait yaradıb”.
Xatırladaq ki, “Google”a qarşı antiinhisar araşdırması 2015-ci ilin aprelində başlayıb. Həmin vaxt Avropa Komissiyasının şirkətə qarşı “Android” əməliyyat sistemi ilə bağlı pretenziyaları yaranmışdı. Avropa Komissiyası 2016-cı ilin aprelində bəyan etmişdi ki, “Google” “Android”lə işləyən smartfon istehsalçılarından qanunsuz olaraq öz tətbiqlərini (“Chrome” brauzeri və “Google Search”) quraşdırmağa tələb edib.
Tətbiqimizi yükləyə bilərsiniz