Hollandiya məhkəməsi Srebrenitsa soyqırımı üzrə qərarını verdi

Hollandiya Ali Məhkəməsi Srebrenitsa qətliamı əlaqədar Hollandiya əsgərlərinin qeyri-leqal hərəkət etdiyinə hökm edib. “Yeniavaz.com”un “CNN Türk” telekanalına istinadən verdiyi məlumata görə, məhkəmə Hollandiyanın qismən təqsirkar olduğunu bəyan edərkən hollandiyalı əsgərləri günahkar bilib. Məhkəmənin verdiyi açıqlamada deyilir ki, Srebrenitsada ölümlərin 30 faizinə görə Hollandiya hökuməti məsuliyyət daşıyır.

Qeyd edək ki, məhkəmin qərarı Hollandiyanın “mavi dəbilqəlilər” batalyonuna aiddir. Həmin batalyon BMT Təhlükəsizlik Şurasının mandatına əsasən müsəlman əhalinin çoxluq təşkil etdiyi Srebrenitsanı və digər iki anklavı hücum edən silahlı serb birləşmələrinə qarşı qoruyub. Bu hadisə keçmiş Yuqoslvaiyanın respublikalarının birinin ərazisində baş vermiş Bosniya müharibəsi dövrünə şamil edilir. 1995-ci il iyunun 12-dən başlayaraq bir neçə gün ərzində Srebrenitsanın ətrafında minlərlə insan öldürülüb. Onları güllələyiblər. Öldürülənlər 16-60 yaş arasında olub.

Müharibə qutardıqdan və Deyton sazişindən sonra qətliam qurbanlarının qohumları Niderland dövlətinə qarşı iş açaraq baş verənlərə görə məsuliyyəti etiraf etməyi və azı 4 milyon dollar məbləğində təzminat ödəməyi tələb ediblər. Onlar bəyan ediblər ki, “mavi dəbilqəlilər” qaçqınları qoruya bilməyiblər. Bu gün Hollandiya məhkəməsi onlarla razılaşıb. Güllənənlərin siyahısı 13 il əvvəl Bosniyalı serbləri respublikası hökumətinin komissiyası tərəfindən dərc eilib. Siyahıda 7800 qurbanın adı var.

Srebrenitsadakı hadisələr 2007-ci ildə Haaqa məhkəməsi tərəfindən soyqırım kimi tanınıb. Avropa Parlamenti iyulun 11-ni Srebrenitsada soyqırımının anım günü elan edib.

DİGƏR XƏBƏRLƏR

Top