Ağ ev: Əsəd rejimi kimyəvi silah tətbiq etməyə hazırlaşır

Amerika hökuməti Dəməşq hakimiyyətinin Suriyada kimyəvi silahın yenidən tətbiq etməyə hazırlaşması potensialının əlamətlərini görür. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin mətbuat katibi Şon Speyserin yazılı bəyanatında deyilir. Bəyanatda qeyd edilir ki, Bəşər Əsəd rejimi kimyəvi silah tətbiq etməyə hazırlaşır: “Bu fəaliyyət 4 aprel 2017-ci il tarixində kimyəvi hücum ərəfəsində rejimin həyata keçirdiyi hazırlığa bənzəyir”. Ş. Speyser əmin edib ki, ABŞ-ın silahlı qüvvələri Suriyada yalnız İŞİD terror qruplaşmasını məhv etmək fəaliyyət göstərir: “Əgər cənab Əsəd kimyəvi silah tətbiq etməklə daha bir kütləvi qətliam törədərsə, bu onun silahlı qüvvələrinə baha başa gələcək”

DİGƏR XƏBƏRLƏR

Top