“Şehiç “Qarabağ”dan getməli idi”

“Qarabağ”ın futbolçusu olmaq xoş idi. Ötən mövsüm Avropa Liqasının qrupunda oynadıq, mövsümü “qızıl dubl”la başa vurduq”. Bu fikirləri “Qarabağ”ın mövsüm bitəndən sonra yollarını ayırdığı serbiyalı qapıçı Boyan Şaranov ölkəsində dərc olunan “Sportski jurnal” nəşrinə müsahibəsində deyib. “Qarabağ”da ehtiyatda qalmasına toxunan 29 yaşlı qapıçı orada karyerasının istədiyim kimi alınmamasına təəssüflənir. Onun sözlərinə görə, ötən il komandaya gələndə Bosniya və Hersoqovina millisinin üzvü olan əsas qapıçısı İbrahim Şehiş “Qarabağ”ı tərk etməliydi: “Amma o, komandada qaldı və köhnə xidmətlərinə görə əsas heyətdə yer aldı. Ehtiyatda qaldığıma görə utanmırdım. Bu yaxınlarda Şehiç yenə Türkiyə çempionatına getməliydi, amma qaldı. Ona görə də mən müqaviləm başa çatan kimi Belqrada qayıtmağı qərar verdim”. Xatırladaq ki, Şaranov “Qarabağ”da debüt oyununda “Qəbələ”yə ilk dövrədə 0:2 hesabı ilə uduzduqları səfər matçında buraxdığı kobud səhvdən sonra birfədəlik ehtiyatda qaldı. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top