“Rusiyada hər il orta hesabla 100 bank bağlanır”

Rusiya ərazisində qeydiyyata alınmış bankların üçdə birindən çoxunun lisenziyası geri çağırılıb və ya ləğv edilib, onlar müflis elan olunublar. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenko Regionlararası Bank Şurasının iclasında deyib. Onun sözlərinə görə, hazırda Rusiya ərazisində 946 kredit təşkilatı qeydiyyatdan keçib: “Onların üçdə birindən çoxunun lisenziyası geri çağırılıb və ya ləğv edilib. Praktiki olaraq onların hamısı müflis elan olunub”. Xanım Matviyenko diqqətə çatdırıb ki, ümumilikdə Rusiyada hər il orta hesabla təqribən 100 bank bağlanır: “Rusiya banklarının 80 faizi öz mülkiyyətçilərinin və rəhbərlərinin kriminal fəaliyyətləri nəticəsində lisenziyalarından məhrum olub”.

DİGƏR XƏBƏRLƏR

Top