Yəməndə vəba xəstəliyindən 1300 nəfər ölüb

Aprelin sonlarından indiyə qədər Yəməndə vəba epidemiyası 1300 nəfərin həyatına son qoyub, onlardan dörddə biri uşaqlardır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında deyilir. “Son iki ay ərzində vəba Yəmənin, demək olar ki, bütün əyalətlərinə yayılıb. 1300 nəfərdən çox insan ölüb, onlardan dörddə biri uşaqlardır”, məlumatda vurğulanır. Bunda əvvəl BMT-nin Uşaq Fondunun Yəməndəki nümayəndəsi bəyan edib ki, ilin sonunadək Yəməndə vəba xəstəliyinə yoluxanların sayı 300 minədək arta bilər.Apa

DİGƏR XƏBƏRLƏR

Top