Türkiyə Mərkəzi Asiyanın ən böyük məscidinin inşasını başa çatdırdı

Türkiyə tərəfindən Qırğızıstanın paytaxtı Bişkekdə Mərkəzi Asiyanın ən böyük məscid və kompleksinin inşası başa çatıb. “Yeniavaz.com”un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, məscid kompleksinin tikintisi Türkiyə Diyanət Vəqfi tərəfindən aparılıb. İnşasına 2012-ci ildə başlanılan məcsid kompleksi Osmanlı memarlığına uyğun hazırlanıb. Məscidin sahəsi 7 500 kvadratmetrdir. Məscidin qapalı məkanlarında və həyətində eyni zamanda 20 mindən çox nəfər ibadət edə biləcək. Məscid kompleksi 500 nəqliyyat vasitəsi tutumlu avtoparkdan, Quran kurslarından, konfrans zallarından, yeməkxanadan və digər binalardan təşkil olunub. Məsciddə hər birinin hündürlüyü 70 metr olan dörd minarə var.

DİGƏR XƏBƏRLƏR

Top