Pakistanda silsilə partlayışlar nəticəsində ölənlərin sayı 85-ə çatıb

Pakistanda silsilə partlayışlar və polis əməkdaşlarına hücum nəticəsində ölənlərin sayı 85 nəfərə çatıb. Bu barədə şənbə günü "Express and star" nəşri yazıb. Cümə günü Pakistanın şimal-qərbində yerləşən Paraçinar şəhərinin bazarında müsəlmanlar Ramazan bayramı üçün alış-veriş etdiyi zaman bir neçə partlayış baş verib. Bundan əvvəl ölənlərin sayı 73 nəfər idi. Yerli hakimiyyət dairələrinin məlumatına görə, daha 12 nəfər xəstəxanada dünyasını dəyişib. Xəstəxanaya ümumilikdə 260-dan çox yaralı daxil olub. Onların əksəriyyəti son dərəcə ağır vəziyyətdədir.Report

DİGƏR XƏBƏRLƏR

Top