Portuqaliya və Meksika yarımfinalda

Rusiyada keçirilən Konfederasiyalar Kubokunda A qrupunda son matçlar keçirilib. Qrupda iki oyun da eyni vaxtda başlayıb. Ev sahibi Rusiya növbəti mərhələyə çıxmaq üçün Meksika ilə qarşılaşıb. Oyunda hesabı da şimal qonşumuz açıb. Lakin, bu üstünlüklərini sona qədər qoruya bilməyiblər. 2 qol vuraraq əzmkar qələbə qazanan Meksika millisi qrup ikincisi kimi yarımfinala vəsiqə qazanıb.

Qrupun digər matçında isə Portuqaliya və Yeni Zelandiya üz-üzə gəlib. Son Avropa çempionu Portuqaliya zəif rəqibi qarşısında sürprizə imkan verməyib. 4-0 qalib gələn portuqallar qrup lideri kimi yarımfinala adlayıb.

Qeyd edək ki, B qrupunun son matçları sabah keçiriləcək.

Meksika – Rusiya - 2:1

Qollar: Araujo, 30, Lozano, 52, - Səmədov, 25

Yeni Zelandiya – Portuqaliya - 0:4

Qollar: Ronaldo, 33, Silva, 37, Andre Silva, 80, Nani, 90+1

1.

Portuqaliya

3

2

1

0

7:2

7

2.

Meksika

3

2

1

0

6:4

7

3.

Rusiya

3

1

0

2

3:3

3

4.

Yeni Zelandiya

3

0

0

3

1:8

0

DİGƏR XƏBƏRLƏR

Top