"Şaxtyor" klubunun qapıçısı "Qarabağ"da

2017/2018-ci illər mövsümü üçün heyətini gücləndirməyi davam etdirən “Qarabağ” ilk əcnəbi transferini reallaşdırıb. Klubun saytında yerləşdirilmiş məlumata görə, komanda ukraynalı qapıçı Anton Kanibolotski ilə 2 illik müqavilə imzalayıb. Qolkiper artıq Ağdam təmsilçisinin Avstriyada davam edən təlim-məşq toplanışına qoşulub.

Peşəkar karyerasına Ukraynanın “Dnepr” klubunda başlayan qolkiper daha sonra ölkəsinin digər klubu “Krivbass”a transfer olub. 2012-ci ildə Donetsk təmsilçisi “Şaxtyor”a keçən 29 yaşlı çərçivə qoruyucusu geridə qalan mövsümün sonuna kimi bu komandada forma geyinib.

A.Kanibolotski vaxtilə Ukraynanın 21 yaşlılardan ibarət yığma komandasına da dəvət alıb.

DİGƏR XƏBƏRLƏR

Top