Fransız jurnalist Veronik Rober İraqın Mosul şəhərində bombanın partlaması nəticəsində həlak olub. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayış İŞİD terror qruplaşmasının silahlılarının Mosuldakı son dayaq nöqtəsi olan qədim şəhər ərazisində baş verib. Fransalı jurnalistlərdən ibarət komanda Mosulda “France 2” telekanalı üçün “Xüsusi müxbir” verilişinin çəkilişlərini aparırdı. Digər jurnalist Samuel Fore üz və əlindən yüngül yara alıb və hazırda şok vəziyyətindədir. Partlayış zamanı fransalı həmkarlarının yanında tərcüməçi işləyən kürd jurnalist də həlak olub.