Ermənistanda hərbi avtomobil aşıb: 14 hərbçi yaralanıb

Bu gün səhər Vardenis-Daranik yolunun Daranik kəndi yaxınlığında hərbiçiləri daşıyan avtobus aşıb. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə nazirliyinə məxsus QAZ-66 avtobusu qəza nəticəsində 6 metr hündürlükdən aşaraq yarğana düşüb. Nəticədə avtobusdakı hərbçilərdən 14 nəfəri yaralanıb. Onlardan 7-nin vəzyyətinin daha ağır olduğu bildirilir. Yaralananlardan 3-nün qol-qabırğası sındığından onlar təcili şəkildə Yerevandakı hərbi klinikaya gətiriliblər. Qəza şahidlərinin dediklərinə görə, hadisəyə səbəb yolda heyvan sürülərinin olması olub. Sürücü qısa yolla heyvanları ötüb keçmək istəyərkən idarə etməni itirib və nəticədə avtobus qəzaya uğrayıb. Qeyd edək ki, avtobusda 30 nəfər hərbi qulluqçu olub.

DİGƏR XƏBƏRLƏR

Top