Ötən gün Pakistandakı partlayışların nəticəsi: 68 ölü, 300 yaralı

Pakistanın şimal-qərbində bazarda partlayışların törədilməsi nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb, 300-dən çox nəfər isə yaralanıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, partlayışlar Parançar şəhərinin ticarət rayonunda baş verib. Sakinlər həmin vaxt yaxınlaşan Ramazan bayramı ilə əlaqədar alış-veriş ediblər. Həmin gün, həmçinin Pakistanın Kvetta şəhərində partlayış törədilib. Belucistan vilayət polis rəisinin ofisi yaxınlığında baş vermiş partlayışda 11 nəfər həlak olub.

DİGƏR XƏBƏRLƏR

Top