Moldova Prezidenti "Sehrli ilmələr"imizlə tanış olub

Bu gün Moldova Respublikasının Prezidenti İqor Dodon Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində "Azər-İlmə" Xalçaçılıq Mərkəzində olub. Ali qonaq burada xalçaçılıq emalatxanası, tədris mərkəzi, "Sehrli ilmələr" qalereyası ilə tanış olub. Moldova Prezidentinə məlumat verilib ki, respublikanın müstəqilliyinin ilk illərində yaranmış "Azər-İlmə"nin əsas məqsədi Azərbaycanın dərin tarixi köklərə malik xalçaçılıq sənətinin ənənələrini yaşatmaq və beynəlxalq miqyasda təbliğ etməkdir. Burada peşəkar xalçaçı-rəssamlar, toxucular, bərpaçı və boyaqçılardan ibarət yaradıcı kollektiv çalışır. Azərbaycan xalçalarının Bakı, Qazax-Borçalı, İrəvan, Naxçıvan, Qarabağ, Gəncə, Quba, Təbriz, Şirvan xalça qruplarının çeşniləri əsasında toxunan yüksək sıxlıqlı, orijinal tərtibatlı, şux koloritli yun və ipək xalçalar ABŞ, Almaniya, Rusiya, Fransa, Türkiyə, Avstraliya, Yaponiya, İsveçrə, İtaliya, Norveç, Cənubi Afrika və s. kimi ölkələrdə milli xalçaçılıq sənətimizi layiqincə təmsil edib, yüksək mükafatlara layiq görülüb. Prezident İqor Dodon xalça emalatxanasında Azərbaycan xalçalarının toxunma prosesi ilə tanış olub.

DİGƏR XƏBƏRLƏR

Top