5 il ərzində 32 min nəfər xarici Gürcüstan vətəndaşlığı alıb

2012-2017-ci illərdə 76585 nəfər xarici ölkə vətəndaşı vətəndaşlıq statusu almaq üçün Gürcüstanın müvafiq qurumlarına müraciət ediblər. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Xarici vətəndaşların qeydə alınması, müvəqqəti yaşayış statusunun verilməsi üzrə Gürcüstanın müvafiq dövlət qurumlarından məlumat verilib. Məlumata görə 2012-2017-ci illərdə Gürcüstanda 32 min 17 nəfərə Gürcüstan vətəndaşlığı verilib. Gürcüstan vətəndaşlığın alanalar arasında ABŞ-dan olanlar da var. Belə ki, son 5 ildə 1686 nəfər amerikalı Gürcüstan vətəndaşı olub. Bu siyahıda Azərbaycanın da adına ras tgəlmək olar. 2012-2017-ci illərdə Azərbaycandan 500 , Almaniyadan 111, Böyük Britaniyadan 255, Türkiyədən 3135, İrandan 192, İsraildən 1188, Rusiyadan 19597, Yunanıstandan 1290, Ermənistandan 1122, Ukraynadan 734, Qazaxıstandan isə olan 223 nəfərə Gürcüstan vətəndaşlığı verilib. Gürcüstan Konstitusiyasında ölkə vətəndaşlığı almaq üçün dil bilmə əsas şərt olsa da, nə üçünsə ölkə vətəndaşlığına qəbul edilənlərin 99 faizinə bu status istisna ilə verilib. Hələlik Gürcüstanın müvafiq qurumları tərəfindən bilərəkdən ölkə konstitusiyasının pozulmasına yol verilməsinin və gürcü dili bilməyənlərə vətəndaşlıq statusunun nəyə görə verilməsi sirr olaraq qalır.

Həmin müddət ərzində 10237 xarici ölkə vətəndaşi Gürcüstanda torpaq sahəsi alıb. Onların arasında 631 nəfər Azərbaycan vətəndaşı da var. Gürcüstandan topraq sahəsi alanlar arasında Rusiyadan olanlar çoxluq təşkil edib. Belə ki, 2013-2017-ci illərdə 5622 Rusiya vətəndaşı da Gürcüstanda torpaq sahibi olub.

DİGƏR XƏBƏRLƏR

Top