İsraildə Gürcüstan və Ukraynadan olan 79 min nəfər qeyri-leqal yaşayır

Gürcüstandan və Ukrayandan turist altında gələn, sonra isə müxtəlif bəhanələrlə İsraildə qalmağa üstünlük verənlərin sayı durmadan artmaqda davam edir. "Yeniavaz.com"un sputnik-georgia.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə İsrail Daxili işlər nazirliyi tərəfindən yayılan məlumatda deyilir: "Bu gün uşaqları nəzərə almadan İsraildə Afrika ölkələrindən gələn 39 min nəfər qeyri-leqal var. Amma Ukrayna və Gürcüstandan turist adı altında gələn və vətənə qayıtmaq istəməyən 79 min nəfərlə bağlı problemlərimiz də davam edir. Onlar siyasi sığınacaq istəyirlər. Lakin bu uzun sürən proses olduğundan həmin şəxsləri gəldikləri ölkəyə deportasiya edə bilmirik. Çünki onların siyasi sığınacaq xahişləri diqqətlə yoxlanılır, araşdırılır və yalnız bundan sonra qərar qəbul edilir. Belə vəziyyətdə isə onlar İsraildə bir müddət qeyri-leqal şəkildə yaşamalı olurlar".

DİGƏR XƏBƏRLƏR

Top