Bakıda 12 yaşlı qızın mədəsindən 1 kq tük yumağı çıxdı VİDEO

Bakıda 12 yaşlı qızın mədəsindən 1 kq tük yumağı çıxıb. Uşaqlarının arıqladığını və qarnının şişdiyini görən valideynləri onu həkimə aparıblar. 12 yaşlı qızın xərçəng xəstəliyinə tutulması ehtimalı valideynlərini qorxuya salıb. Həkim müayinəsindən sonra, onlar eşitdiklərinə inana bilməyiblər. Xeberoxu.com xəbər verir ki, qız "Trikofaji" adlı saç yemək xəstəliyindən əziyyət çəkir. Saç mədəni bötüvlükdə tutduğundan o yemək yeyərkən qaytarır. Qızlarının illərdir saç yediyindən xəbər tutan valideynləri həkim məsləhəti ilə onu əməliyyat etdiriblər. Nəticədə qızın mədəsindən 1 kq-a yaxın ağırlığı olan tük topası çıxarılıb. Həkim Toğrul Ömərovun sözlərinə görə, qızın çəkisi normaya düşəcək. Sadəcə belə insanlara əməliyyatdan sonra psixaloji yardım tələb olunur. Psixoloqun köməkliyi ilə onların bu vərdişlərindən azad olunmaları mümkündür.

Saç

DİGƏR XƏBƏRLƏR

Top