Türkiyənin qızıl-valyuta ehtiyatları 2,3 mlrd. dollar artıb

Türkiyənin beynəlxalq (qızıl-valyuta) ehtiyatları 10-16 iyun həftəsi ərzində 2,3 mlrd. ABŞ dolları və yaxud 2,16% artaraq 109,017 mlrd. dollara yüksəlib.

Türkiyə Mərkəzi Bankının (TCMB) məlumatına görə, hesabat həftəsində ölkənin qızıl ehtiyatları 235 mln. dollar və yaxud 1,29% artaraq 18,349 mlrd. dollar, valyuta ehtiyatları isə 2,067 mln. dollar və yaxud 2,33% artaraq 90,668 mlrd. dollar olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə Türkiyənin qızıl ehtiyatları 30,59% artıb, valyuta ehtiyatları isə 1,5% azalıb. Ölkənin məcmu ehtiyatları isə ilin əvvəlinə nisbətən 2,75% artıb.

Xatırladaq ki, hesabat həftəsində xarici investorlar Türkiyənin maliyyə bazarlarından xalis 1 mlrd. dollarlıq qiymətli kağızlar alıblar. Report

DİGƏR XƏBƏRLƏR

Top