Əfqanıstanda bank yanında partlayış: 24 ölü, 60 yaralı

Əfqanıstanın cənubundakı Laşkarqah şəhərində törədilmiş partlayış nəticəsində azı 24 nəfər həlak olub, təxminən 60 nəfər isə xəsarət alıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Gilmənd əyalətinin başçısı Ömər Zvak deyib. Onun sözlərinə görə, insident “Kabul Bank”ın şöbəsinin yanındakı avtomobilin partladılması nəticəsində baş verib. Ö. Zvak qeyd edib ki, xəsarət alanlara arasında hərbçilər və dinc sakinlər də var: “Hərbçilər və mülki şəxslər maaşlarını almaq üçün banka gələrkən partlayış olub”. Partlayışa görə məsuliyyəti hələlik heç bir ekstremist qruplaşma üzərinə götürməyib.

DİGƏR XƏBƏRLƏR

Top