Azərbaycanda 25 min iş yeri yaradılacaq

Turizm sektoru üzrə müəyyən edilmiş 16 prioritetin həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 mln. manat artacaq. Ölkə.Az xəbər verir ki, bu barədə "Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunub. Sənədə əsasən, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə, cəmi 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılacaq: "Bu təsirə nail olmaq üçün 2020-ci ilədək altı aralıq hədəf indikatorları müəyyən edilib. Həmin hədəf indikatorlarına Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 mln. gecədən 2020-ci il üzrə ən azı 3,65 mln. gecəyədək artırılması, hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artırılması, Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayının 2015-ci ildə 0,5 mln. nəfərdən 2020-ci ildə 0,9 mln. nəfərədək, yerləşdirilməyən xarici vətəndaşların sayının isə 2015-ci ildə 0,8 mln. nəfərdən 2020-ci ildə 1,5 mln. nəfərədək artırılması, tədricən aşağı büdcəli gəlmə turizm göstəricisinin 265 minə çatdırılması, sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması (Naftalandakı sağlamlıq obyektlərinin istifadəsi nəzərdə tutulur),“Böyük İpək Yolu” və digər mədəni turizm marşrutları üzərində yerləşən məntəqələrə 180 mindən artıq turistin cəlb olunması daxildir".

DİGƏR XƏBƏRLƏR

Top