Əhalinin 47 faizi Ermənistanı tərk etmək istəyir

Ermənistan mühacirlər və cəzalandırılmışlar ölkəsi olmamalıdır. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bu barədə hökumətin fəaliyyəti ilə bağlı keçirilən müzakirələrdəki çıxışında "Vıxod"( Çıxış) blokundan olan deputat Artak Zeynalyan deyib. Onun sözlərinə görə, hökumət ölkədə kasıblığın səviyyəsinin azaldılması üçün hər hansı bir iş görmür. "Hamı Ermənistanda hansısa inkişafdan danışır. Amma heç kim bu sahədə hansısa irəliləyişin olduğunu hiss etmir. Nəticədə əhali arasında inamsızlıq və ölkəni tərk etmək halları artmaqda davam edir. Bu gün ölkə əhalisinin 47 faizi Ermənistanı tərk etmək istəyir. Buna görə isə heç kim məsuliyyət daşımır. Əgər vəziyyət belə davam etsə Ermənistan tədricən boşalacaq."

DİGƏR XƏBƏRLƏR

Top