“WhatsApp”ın köhnə telefonlarda “ölüm” tarixi açıqlandı

“WhatsApp” populyar messenceri “Android” əməliyyat sisteminin köhnə versiyalarını 2020-ci ilədək dəstəkləyəcək. “Yeniavaz.com”un “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, “WhatsApp” nümayəndələri 2016-cı ilin fevralında bəyan etmişdilər ki, ilin sonunadək “Android 2.1” və “Android 2.2” ilə işləyən telefonları dəstəkləməyi dayandıracaqlar. İndi isə bu məlumat yenilənib. Belə ki, 2.3.7 və daha yuxarı versiyalı “Android” telefon sahibləri 1 fevral 2020-ci il tarixinədək “WhatsApp”dan istifadə edə biləcəklər. Mütəxəssislər qeyd edirlər ki, “Android”in köhnə versiyalarından istifadə edənlər messencerin ən yeni funksiyalarına giriş əldə edə bilməyəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top