"İvanişvilinin insult keçirməsi barədə yayılan məlumatlar yalandır"

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze keçmiş baş nazir, milyarder Bidzina İvanişvilinin səhhətinin pisləşməsi ilə bağlı yayılan məlumatları təkzib edib. "Yenivaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Kobaxidze İvanişvilinin insult keçirməsi və Almaniyada müalicə olunması barədə yaylılan məlumatların doğru olmadığını bildirib. Onun sözlərinə görə, İvanişvilinin ağır xəstə olması barədə məlumatları onun əleyhidarı olan güclər yayırlar: "Sizə tam əminliklə deyirəm ki, İvanişvilinin insult keçirməsi barədə yayılan məlumatlar yalandır. Bu ona qarşı rəqibləri tərəfindən başladılan çirkin kompaniyadır. Onsuz da buna çoxları inanmırlar və belə məlumatlar sadəcə olaraq cəmiyyətdə çaşqınlıq salınmasına xidmət edir".

Xatırladaq ki, ötən gün "Rustavi-2" telekanalının baş direktoru Nika Qvaramiya etibarlı mənbələrə istinadən İvanişvilinin insult keçirdiyini və hazırda Almaniyada müalicə olunduğunu bəyan etmişdi. Eyni zamanda "Xronika+" qəzetinin baş redaktoru Eliso Kiladze də İvanişvilinin xəstə olduğunu açıqlamışdı.

DİGƏR XƏBƏRLƏR

Top