Səudiyyə Ərəbistanında vəliəhd dəyişdi

Səudiyyə Ərəbistanı Kralı Salman 31 yaşlı oğlu Məhəmməd bin Salman əs-Səudu vəliəhd elan edib. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bunadək Səudiyyə taxt-tacına namizədlərin siyahısında birinci yeri Kral Salmanın qardaşı oğlu və Məhəmməd bin Salman əs-Səudun əmisi Məhəmməd bin Naif bin Əbdüləziz tuturdu. O, həmçinin daxili işlər naziri və Baş nazirin müavinidir. Məhəmməd bin Salman əs-Səud müdafiə naziri vəsifəsini qoruyaraq və Baş nazirin müavini təyin olunub. Səudiyyə sülaləsinin ağsaqqallarının daxil olduğu Andiçmə Şurasının 34 üzvündən 31-i onun təyinatını dəstəkləyib.

DİGƏR XƏBƏRLƏR

Top